Dünya
Livanda partladılan peycerlərlə bağlı yeni DETALLAR
Livanda partladılmış peycerlərin istehsalında Macarıstanın rolu üzə çıxıb.
Publika.az xəbər verir ki, CNA Mərkəzi Xəbər Agentliyi partlayan peycerlərin Macarıstan şirkəti tərəfindən istehsal edildiyini yazıb.
Agentlik Tayvanın peycer şirkəti "Gold Apollo"ya istinad edib. Şirkətin məsələ ilə bağlı yaydığı bəyanata görə, Livanda partlayan rabitə cihazları Macarıstanın "BAC Consulting KFT" şirkəti tərəfindən dizayn olunub və istehsal edilib.
"Gold Apollo" bu məhsulun yalnız Macarıstanda ünvanı olan şirkətlər tərəfindən istehsalına və satışına icazə verildiyini bildirib.
“Gold Apollo” Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting KFT” şirkəti ilə öz məhsullarının istehsalına dair müqavilə bağlayıb. Açıqlamada deyilir ki, AR-924 peycerləri Macarıstanın BAC şirkəti tərəfindən istehsal edilib və satılıb. "Gold Apollo" öz brendindən istifadə etməyə icazə verib, lakin məhsulların inkişafı və istehsalına görə məsuliyyət daşımır.
Ləman
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO