Cəmisi iki ildən sonra İsrail məhv olacaq: Trampdan AÇIQ MESAJ
Bizi izləyin

Dünya

Cəmisi iki ildən sonra İsrail məhv olacaq: Trampdan AÇIQ MESAJ

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iddia edir ki, onun rəqibi Kamala Harrisin noyabr seçkilərində qazanacağı qələbə iki il ərzində İsrailin məhvinə gətirib çıxaracaq.

Publika.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Kamala Harrisə səs vermək İsrailin məhvinə səs verməkdir. İsrailin başına gələn budur. Harris qalib gəlsə, İsrail iki il ərzində mövcudluğunu itirəcək”, - Tramp deyib.

Tramp Ağ Evə qayıdarsa, Yaxın Şərqdəki xaosa və Ukraynadakı münaqişəyə son qoyacağına söz verib. Respublikaçı qeyd edib ki, o, Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenski ilə “çox yaxşı anlaşır”.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm