Venesuela prokuroru bu ölkənin prezidentinin həbsini tələb edir: Səbəb bəllidir
Bizi izləyin

Dünya

Venesuela prokuroru bu ölkənin prezidentinin həbsini tələb edir: Səbəb bəllidir

Venesuela Baş Prokurorluğu ABŞ-ın Buenos-Ayresdə yerləşən "Venesuela Emtrasur" təyyarəsini müsadirə etməsi səbəbindən Argentina prezidenti Xavyer Maylinin saxlanması üçün order verilməsini istəyib.

Publika.az xəbər verir ki, bu barədə Bolivar Respublikasının baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

Onun sözlərinə görə, Venesuela Baş Prokurorluğu Mayli və onun hökumət üzvlərini “ağır oğurluq” və çirkli pulların yuyulmasında ittiham edir.

Saab həmçinin bildirib ki, departament Mayli və Təhlükəsizlik naziri Patrisiya Bullriçi Argentinada polisin etirazçılara qarşı güc tətbiq etməsi halları ilə bağlı insan haqlarının pozulması kontekstində araşdırma aparır.

"Onlar Argentina xalqına qarşı törətdikləri əməllərə görə ədalət qarşısında cavab verməli olacaqlar" deyən prokurorun fikrincə, Argentina hökumətinin hərəkətləri Venesuelada universal yurisdiksiya əsasında araşdırıla bilər.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm