Rəsmi xronika
İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak etdi - FOTO/YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.
Publika.az xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına Bayraq Meydanında görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Bayraq Meydanının yeni̇dən qurulması i̇şləri̇nə 2024-cü ilin may ayında başlanılıb. Meydanın layihəsi “Chapman Taylor” şirkətinin konsepsiyası əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb.
Bayraq Meydanı amfiteatr ilə əhatələnib. Ərazinin ümumi sahəsi 9190 kvadratmetr, yaşıllıqların sahəsi 3693 kvadratmetr, bayraq dirəyinin hündürlüyü isə 11,7 metrdir. Ərazidəki çoxillik bitkilərin mütləq əksəriyyəti saxlanılaraq layihəyə inteqrasiya olunub. Yaşıllaşdırma işlərində yerli bitkilərdən, o cümlədən çinar ağaclarından istifadə edilib. Burada müasir oturacaqlar və işıqlandırma sistemi quraşdırılıb.
Qeyd edək ki, Bayraq Meydanının ətrafında Şuşa şəhərinin Baş Planına uyğun olaraq Zəfər muzeyinin, çoxfunksiyalı konsert-tamaşa zalının və alış-veriş mərkəzinin inşa edilməsi nəzərdə tutulur.
xxx
16:42
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Şuşada Bayraq Meydanının açılışında iştirak edib.
Publika.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
-
Magazin119 Sentyabr 23:00
QALMAQAL BÖYÜYÜR: "Sən özün tutub sürünürsən" - VİDEO
-
Rəsmi xronika19 Sentyabr 21:10
Bu da “Aghdam City Hotel” - FOTO/YENİLƏNDİ
-
Magazin119 Sentyabr 20:48
Dilarə bu məşhur şəxsin nəslindən imiş... - VİDEO
-
MDB19 Sentyabr 20:36
Moskvadan Paşinyana SƏRT MESAJ: "Sağlam düşüncəyə və məntiqə ziddir"
-
Sosial19 Sentyabr 20:10
Ağdamda tikilən evlərin FOTOLARI
-
Dünya19 Sentyabr 19:48
Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" - FOTO/VİDEO
-
Region19 Sentyabr 19:24
Pezeşkian Ermənistan hakimiyyətini təbrik etdi
-
Sosial19 Sentyabr 18:24
Bakıda yanan məşhur ticarət mərkəzinin ərazisi 13 milyona satılır