Nida Təhlil
İsrail “şimal cəbhəsi”ni açdı: "Hizbullah"la müharibə başlayır
HəƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra “İsrailin “şimal cəbhəsini” açacağı, Qəzzada HƏMAS-ın qalıqları ilə döyüşlərin davam edəcəyi, lakin ordunun əsas qüvvələrinin şimala – Livanda "Hizbullah"la müharibəyə cəlb olunacağı” haqda yazmışdıq.
İsrail rəsmi şəkildə "Hizbullah"a qarşı müharibənin yeni mərhələsinin başlandığını elan edib. HƏMAS-dan daha mütəşəkkil qüvvə olan "Hizbullah"ı tamamilə neytrallaşdırmaq çətin olacaq, lakin İsrailin cari dövrdə iki hədəfi var:
- Şimal sərhədlərində təhlükəsizliyi təmin etmək və müharibəyə görə evlərini tərk edənləri geri qaytarmaq;
- İranı birbaşa, yaxud ən azı "Hizbullah" üzərindən regional müharibəyə cəlb etmək, Tehranın Qərblə normallaşma prosesinə imkan verməmək;
Müharibənin hansı ssenari üzrə davam edəcəyini proqnozlaşdırmaq mübahisəlidir, çünki Qəzzada hələ də döyüşən İsrail üçün "Hizbullah"la qarşıdurma asan olmayacaq, İran-"Hizbullah" cəbhəsi də aktiv döyüşlərdə maraqlı deyil. Lakin "Hizbullah"a məxsus peycer və rabitə cihazlarının (telsizlər) sıradan çıxarılması İsrailin Livana qoşun yeritməsi və qruplaşma ilə mövqe döyüşü aparması ssenarisini istisna etmir. Peycer və rabitə cihazlarının sıradan çıxması mümkün toqquşmada "Hizbullah" qruplaşması daxilindəki koordinasiyanı poza bilər. İstisna deyil ki, bu, İsrail ordusunun müdaxilə planının tərkib hissəsidir.
Asif Nərimanlı
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı

















.jpg)




.jpg)





.jpg)










