Ukrayna Ali Radasında altı fraksiya yaradıldı - SİYAHI
Bizi izləyin

Dünya

Ukrayna Ali Radasında altı fraksiya yaradıldı - SİYAHI

Ukraynanın yeni Ali Radasında altı parlament fraksiyası yaradılıb.

Publika.az-ın “unian.net” saytına istinadən verdiyi məlumata görə, bu barədə Ali Radanın birinci sessiyasının hazırlığı üzrə işçi qrupun sədri, “Pyotr Poroşenkonun Bloku”ndan olan deputat Vladimir Qroysman bildirib.

Bunlar “Pyotr Poroşenkonun Bloku”, “Müxalifət bloku” "Xalq cəbhəsi", “Qarşılıqlı yardım”, “Radikal” və "Batkivşina" partiyalarıdır.

V.Qroysmanın sözlərinə görə, “Xalq cəbhəsi"nə 83, “Qarşılıqlı yardım”a 32, "Müxalifət bloku"na 40, “Radikal”a 22, "Batkivşina"ya isə 19 deputat daxil olub.

"Pyotr Poroşenkonun Bloku" parlament fraksiyasının tərkibinə isə 146 deputat daxildir.

Ali Radada həmçinin iki deputat qrupu yaradılıb: “İqtisadi inkişaf" və "Xalqın iradəsi”. Onların hər birinə 19 deputat daxil olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm