Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi
Bizi izləyin

Dünya

Əfsanəvi dizayner 90 yaşında dünyasını dəyişdi

Avtomobil nəhəngi “Mercedes-Benz”in məşhur modellərinin əfsanəvi dizayneri Bruno Sakko 90 yaşında dünyasını dəyişib.

Publika.az “Sənaye qəzeti”nə istinadən xəbər verir ki, 41 illik karyerası boyunca Sakko markanın ən məşhur avtomobillərinin dizaynında böyük rol oynayıb.

O, 1958-ci ildə ikinci stilist kimi “Mercedes-Benz”ə qoşulub və tezliklə məşhurlaşıb.

İlk illərində o, “Mercedes 600” (W100) və “230 SL” (W113) kimi modellərin dizaynında iştirak edib. Sakkonun ən məşhur layihələrinə “S-Class W126” və “G-Class” daxildir.

O, 1999-cu ildə təqaüdə çıxdıqdan sonra da brendə olan sevgisini qoruyub. Onun ən son dizaynlarına “W220 S-Class” və “C215 CL-Series” daxildir.

Bruno Sakko bundan sonra da “Mercedes-Benz” tarixində iz qoyan dizayner kimi yadda qalacaq. Onun dizaynları brendin lüks və mühəndislik imicini gücləndirib. O, həyatı boyu yaratdığı əsərlərlə avtomobil dünyasında əbədi iz qoyub.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm