Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün
Bizi izləyin

İdman

Arvadı ondan 20 milyon tələb edir: Boşanmamaq üçün

“Mançester Siti”nin müdafiəçisi Kayl Uokerin həyat yoldaşı Anni Kilnerin evliliklərini xilas etmək üçün futbolçudan 15 milyon funt sterlinq (təxminən 20 milyon dollar) tələb etdiyi barədə şayiələr yayılıb.

Publika.az xəbər verir ki, İngiltərə millisinin üzvü Uoker, “Love Island” realiti ulduzu Laurin Qudmandan iki qeyri-qanuni uşaq atası olduğu açıqlandıqdan sonra Kilnerlə münasibətlərini düzəltməyə çalışır. O, əvvəllər “axmaq qərarlar” verdiyini etiraf edib.

“The Sun” bildirir ki, Kilner mümkün boşanmadan əvvəl hüquqi məsləhət alıb. Cütlük birlikdə qalsa belə, Uokerin getdikcə gərginləşən münasibətləri xilas etmək üçün təxmini 27 milyon funt-sterlinq (36 milyon dollar) sərvətinin təxminən yarısını xərcləməli olacağı iddia edilir.

Uoker ilk dəfə Kilnerdən 2019-cu ildə ayrılarkən keçmiş sevgilisi Qudmanla tanış olub. 2020-ci ilin aprelində onların bir oğlu, 2023-cü ilin avqustunda isə bir qızı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm