Kreml Nəsrullahın öldürülməsini pislədi
Bizi izləyin

Dünya

Kreml Nəsrullahın öldürülməsini pislədi

Rusiya “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsini və bölgədə sabitliyin pozulmasına səbəb olan Livana hava hücumlarını pisləyir.

Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Rusiya tərəfi bu cür hərəkətləri pisləyir, onların regionda vəziyyətin əhəmiyyətli dərəcədə destabilləşməsinə səbəb olduğuna inanırıq”, - Peskov bildirib.

Onun sözlərinə görə, xüsusilə narahatlıq doğuran məqam Livanda yaşayış məntəqələrinin fərq qoymadan bombardman edilməsidir ki, bu da xeyli insan tələfatına səbəb olub. Bu, istər-istəməz Qəzzadakı kimi humanitar fəlakətə gətirib çıxaracaq.

Qeyd edək ki, ötən həftədən etibarən İsrail Hərbi Hava Qüvvələri Livandakı “Hizbullah” mövqelərinə zərbələr endirir. Beyrutda bir neçə hava hücumu nəticəsində hərəkatın yüksək rütbəli komandirləri məhv edilib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm