Dünya
"Domino daşı"ndakı sirr: İsrail onları da aradan götürəcək - ŞOK ADLAR
“Hizbullah”ın lideri Həsən Nəsrullahın öldürülməsindən sonra İsrail “Domino effekti” adlı video yayımlayıb və indiyə qədər öldürdüyü adları domino daşlarında göstərib. Siyahının sonunda isə daşların üzərində sui-qəsdi planlaşdırılan naməlum adlar yer alıb.
Publika.az xəbər verir ki, bu barədə araşdırma aparan “Hürriyət” qəzetinin köşə yazarı Musa Kesler ekspertlərdən həmin şəxslərin kimlər ola biləcəyini soruşub.
Türk akademik Özen Zeynep Oktav bildirib ki, İranı hərtərəfli qorxutmaq üçün Qasim Süleymaninin varisi İsmayıl Kaani hədəf alına bilər: “HƏMAS lideri Yəhya Sinvara qarşı çoxlu sui-qəsdlər olub. Onlar bu təşəbbüsləri davam etdirəcəklər. Amma sui-qəsdlər nə HƏMAS-ı, nə də "Hizbullah"ı yox etməyəcək. Sadəcə onları bir müddətlik ruhdan salır. Lakin bu, onların döyüşmək ambisiyalarını daha da artırır”.
Akademik Əli Fuat Gökçe isə İranın dini lideri Xameneinin hədəf ola biləcəyini proqnozlaşdırıb: “İsrail hədəfini yüksəldəcək. O, İranı işğal edə bilməz, ona görə də rejimi dəyişmək istəyir. Bu məqamda dini lider Xamenei mühüm hədəfdir. Husilərin lideri Əbdülməlik əl Husi də var. Bu ikisi mümkün hədəflərdir”.
“İranın Qüds Qüvvələrinin komandanı İsmayıl Kaani ola bilər. O, Qasım Süleymaninin yerinə təyin edilib. Husilərin lideri Əbdül Malik Əl Husi də onların siyahısındadır”, - deyə iranşünas ekspert Mehmet Koç bildirib.
Yaxın Şərq Mütəxəssisi Mete Sohtaoğlunun sözlərinə görə, Ridvan Qüvvələrinin komandanı Ebu Əli Rıza da hədəf ola bilər: “O, "Hizbullah"ın sağ qalan sonuncu səhra komandiridir. O, üzü örtülü halda ictimaiyyət qarşısına çıxır. O da hədəf ola bilər. HƏMAS-ın yeni lideri Yəhya Sinvar əvvəldən hədəf olub”.
Təqaüdçü diplomat Gülru Gezer iddia edir ki, İsrail təşkilatları sui-qəsdlər vasitəsilə iflic etməyi planlaşdırır: “Onsuz da onların əsas hədəfi Yəhya Sinvardır. Nəsrullahı əvəz edən adlar. Xamneyiyə meydan oxumağa cəsarət edib-etmədiklərini bilmirəm . Çünki bu, böyük böhrana səbəb olacaq”.
Ekspert Çağatay Balcı Suriya və Livanla bağlı sui-qəsdlərin ola biləcəyini proqnozlaşdırır: “Onlar Bəşər Əsədin qardaşı Maher Əsədi və Husi liderlərini "domino daşı"nda gizlətmiş ola bilərlər. İnqilab Keşikçiləri Hava Kosmik Qüvvələrinin komandanı Əmir Əli Hacızadə də hədəfdədir”.
Son olaraq, akademik Aylin Ünver Noi də hədəfin Xamneyi ola biləcəyini qeyd edib: “Aydındır ki, "Hizbullah"ın qalan liderləri də İsrailin siyahısındadır”.
Roza Şəfiyeva
-
Maraq dünyası16:30
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi
-
Cənubi Qafqaz14:32
Paşinyanın Əliyevin qarşısındakı duruşu Ermənistanda gündəm oldu - FOTO
-
Sosial14:12
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - Video
-
İqtisadi gündəm13:24
Azərbaycanda bu qadınlara pensiya verilməsi dayandırılacaq - YENİ QƏRAR
-
MDB12:18
Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
-
Qoroskop12:12
Bu bürclər evlənə bilməz - Elə ki bir araya gəldilər...