Bu ölkədən İran və İsrailə xəbərdarlıq: Heç kimin döyüş meydanı olmayacağıq
Bizi izləyin

Dünya

Bu ölkədən İran və İsrailə xəbərdarlıq: Heç kimin döyüş meydanı olmayacağıq

İranın İsrailə cavab hücumu zamanı ərazisinə xeyli raketin düşdüyü İordaniya təşviş içindədir.

Publika.az xəbər verir ki, İranın raketlərinin ölkənin hava məkanını pozması ilə bağlı açıqlamalar verən xarici işlər naziri Ayman Safadi Tehran və Təl-Əviv administrasiyalarına xəbərdarlıq edib.

Safadi İngiltərə Xarici İşlər Naziri David Lammy ilə telefon danışığında "İordaniya heç kimin döyüş bölgəsi olmayacaq" deyib.

O, İordaniyanın təhlükəsizliyini və sabitliyini poza biləcək hər hansı təhdidə qarşı bütün imkanları ilə müdafiə olunacaqlarını bildirib: “Biz özümüzü hər cür təhdiddən müdafiə edəcəyik. İordaniya bu münasibəti İran və İsrailə açıq şəkildə çatdırdı”.

Safadi həmçinin Yaxın Şərqdə bu təhlükəli eskalasiyanı dayandırmaq üçün həm Qəzzada, həm də Livanda atəşkəs razılaşmalarına çağırış edib.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm