İndoneziyada Merapiyə görə həyəcan səviyyəsi artırıldı
Bizi izləyin

Dünya

İndoneziyada Merapiyə görə həyəcan səviyyəsi artırıldı

İndoneziya Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini artırıb.

Publika.az xəbər verir ki, ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib. Bu, ətrafdakılar üçün yüksək risk yaratdığına görə, bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb.

Məlumata görə, lava axını maksimum 1500 metr dərinliyə çata bilər.

Səlahiyyətlilər sakinlərə çay dərələrindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmağı tövsiyə edib. Merapi vulkanı sonuncu dəfə 2010-cu ildə belə püskürüb və 347 nəfərin ölümünə, 20 min insanın təxliyəsinə səbəb olub.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm