"Taliban"ın Əmir Xanı Moskvadadır - Nəyə gəlib?
Bizi izləyin

Dünya

"Taliban"ın Əmir Xanı Moskvadadır - Nəyə gəlib?

"Taliban" nümayəndə heyəti Əfqanıstan məsələləri üzrə “Moskva formatı” məsləhətləşmələrinə gəlib.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Nümayəndə heyətinə Əfqanıstan Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsini icra edən Əmir Xan Müttəqinin rəhbərlik etdiyi bildirilir.

Nəşrin qeyd etdiyi kimi, məsləhətləşmələr zamanı Əfqanıstanın milli barışığı prosesinin təşviqi və narkotiklərlə mübarizə, terrorizmlə mübarizə, siyasi və iqtisadi sahələrdə ölkələrlə Kabil arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm