Dünya
Consondan şok iddia: Netanyahu tualetə gedəndən sonra dinləmə cihazı tapıldı
İngiltərənin keçmiş baş naziri Boris Conson İsrailin baş naziri Benyamin Netanyahu ilə 2017-ci ildə Britaniya Xarici İşlər Nazirliyində baş tutan görüşdən sonra ayaqyolunda dinləmə cihazı tapdıqlarını iddia edib.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti məlumat yayıb.
Bildirilir ki, Conson Netanyahu ilə nazirlikdəki ofisində görüşərkən Netanyahu ayaqyolundan istifadə etmək istədiyini bildirib.
O qeyd edib ki, Netanyahu "gizli əlavə bina"da ayaqyolundan istifadə etdikdən sonra təhlükəsizlik qrupu axtarış aparıb və dinləmə cihazı tapılıb.
Qəzetin yazdığına görə, Conson oktyabrın 10-da nəşr olunacaq "Unleashed" adlı xatirə kitabında bu barədə qeydlərini yazıb: "Bibi (Netanyahu) bir müddət oraya getdi. Bu təsadüf də ola bilər, amma sonra tualetdə bir dinləmə cihazı tapdılar”.
Conson bu iddia ilə bağlı daha ətraflı məlumatın kitabda hərtərəfli yazıldığını bildirib.
Roza
-
Sosial17:11
Sabiq qərargah rəisi saxlanıldı
-
Maraq dünyası16:20
2 bürc gələcəyi görür - Xüsusi istedadları var
-
MDB15:28
Rusiya dəstəyi dayandırdı: Pulsuz qalıblar
-
Sosial14:55
Azadlıq Partiyası ləğv edildi
-
Sosial14:18
Azərbaycanlı xanım ABŞ-da diaspor təşkilatı yaratdı - FOTO
-
Hadisə13:22
Bakıda restoranda bir ailənin 4 üzvünü döydülər - VİDEO
-
Sosial12:25
Azərbaycanda yeni nazirlik yaradılır
-
Maraq dünyası12:07
Ən yaxşı yola gedən bürclər - Möhtəşəm cütlükdürlər