İsrail terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxladı
Bizi izləyin

Dünya

İsrail terrorçuluqda şübhəli bilinən 45 nəfəri saxladı

İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı terrorçuluqda şübhəli bilinərək axtarışda olan 45 nəfəri saxlayıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar Cenin, Qələndiyyə, Tulkərm şəhərlərində və Nur əş-Şəms qaçqın düşərgəsində saxlanılıblar.

Həmin şəxslərdən xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm