400 milyon sərmayə: Bu ölkənin naziri Kiyevdə açıqladı
Bizi izləyin

Dünya

400 milyon sərmayə: Bu ölkənin naziri Kiyevdə açıqladı

Niderland Ukraynaya pilotsuz uçuş aparatlarının (PUA) hazırlanmasına kömək etmək üçün 400 milyon avro sərmayə qoyacaq.

Publika.az xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı açıqlama verib.

"Kəşfiyyat, müdafiə və hücum missiyaları üçün nəzərdə tutulmuş müxtəlif tipli inkişaf etmiş pilotsuz təyyarələrə diqqət yetirəcək bir fəaliyyət planına 400 milyon avro sərmayə qoyuruq", - nazir bildirib.

Brekelmans investisiyaların təxminən yarısının Niderlandda xərclənəcəyini, qalan hissəsinin isə Ukrayna ilə digər ölkələr arasında bölüşdürüləcəyini qeyd edib. O, həmçinin Niderlandın indiyə qədər Ukraynaya 3,76 milyard avroluq hərbi dəstək verdiyini də əlavə edib.

Brekelmans son olaraq, Niderlandın yaxın vaxtlarda Kiyevə daha 24 ədəd F-16 qırıcısı təhvil verəcəyini bildirib, lakin dəqiq tarixi açıqlamayıb.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm