Rusların Antalya sərgüzəşti: 80 milyonluq otel uğrunda ər-arvad-oğul "müharibəsi"
Bizi izləyin

Dünya

Rusların Antalya sərgüzəşti: 80 milyonluq otel uğrunda ər-arvad-oğul "müharibəsi"

Ruslar Türkiyədə 80 milyon avroluq əmlak mübahisəsinə başlayıblar.

Publika.az yerli "Sabah" qəzetinə istinadən xəbər verir ki, keçmiş həyat yoldaşları arasında məhkəmə çəkişməsinə səbəb Türkiyənin Antalya şəhərindəki bir otelin səhmləri olub.

Məlumata görə, söhbət kurort şəhərciyinin mərkəzində yerləşən beşulduzlu “Crowne Plaza” otelindən gedir. Qəzetin mənbələrinə görə, şirkətin səhmlərinin 95 faizi Rusiya vətəndaşı Arbi Alaudinova məxsusdur. İş adamı qalan 5 faizini keçmiş arvadı Alla və oğluna aliment kimi saxlayıb. Lakin sonradan Alaudinovun keçmiş arvadı ondan xəbərsiz İdarə Heyətinin iclasını keçirib və saxta sənədlər təqdim etməklə bütün səhm paketinə sahib çıxıb. Üstəlik, Alaudinov keçmiş arvadı və oğlunun ona tələ qurduqlarını, deportasiya edilməsinə səbəb olduqlarını da iddia edir.

Öz növbəsində Alla Alaudinova və oğlu iddia edirlər ki, sahibkar onların sərvətini oğurlamağa çalışır. Beləliklə, onların dediyinə görə, bir gün əvvəl o, otelin səhmlərinin demək olar ki, yarısını rəsmi nikahda olmadığı hazırkı arvadına bağışlayıb. Lakin ər-arvad arasında boşanma prosesi hələ də başa çatmayıb. Oğul ailə başçısının bu qərarına qarşı çıxıb, lakin cavab olaraq fiziki zorakılığa məruz qalıb.

Alaudinova iş adamının səlahiyyətlərinin məhdudlaşdırılmasını və oğlunun şirkət rəhbərliyinə təyin olunmasını tələb edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm