Dünya
“Milton” qasırğasına görə uçuşlar təxirə salındı
ABŞ tarixinin ən dağıdıcı qasırğalarından biri olacağı proqnozlaşdırılan “Milton” qasırğasının yerli vaxtla oktyabrın 9-u axşam saatlarında (Bakı vaxtı ilə oktyabrın 10-u səhər saatlarında) Floridanın qərb sahillərinə daxil olması gözlənilir.
Publika.az xəbər verir ki, quruya çatan zaman 3-cü və ya 4-cü kateqoriyaya enəcək qasırğanın sürətinin saatda 200-210 kilometr olacağı deyilir. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, bu, Qərbi və Mərkəzi Floridada indiyə kimi qeydə alınmış ən güclü qasırğalardan biri olma potensialına malikdir.
Qasırğa ilə bağlı evakuasiya işləri oktyabrın 7-dən başlayıb. Qasırğanın ən çox əhatə edəcəyi Tampa, Sarasota və Fort Myers bölgələrində yaşayan 5,5 milyon insana yaşadığı əraziləri tərk etmək əmri verilib. Bəzi sakinlər evlərini tərk etmək istəmirlər. Yaxınlaşan qasırğanın gücünü nəzərə alan rəsmilər evlərində qalan insanların yaşamaq şanslarının aşağı olduğunu açıqlayıblar.
Qasırğaya görə ölkə üzrə 1700-dən çox uçuş təxirə salınıb.
-
Magazin120:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
-
Hadisə19:55
Bakıda intihar edən şəxs müəllim imiş - FOTO
-
Elm və təhsil19:05
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
-
Sosial17:30
Parlamentdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi
-
Maraq dünyası16:30
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
-
Sosial15:28
Prezident ipoteka ilə bağlı fərman imzaladı: Nə gözlənilir?
-
Region14:56
Türkiyədə “3+3” platforması: İran Əraqçinin gələcəyini təsdiqlədi