Avropa
Eyfel qülləsinin taleyi sual altında: Fransa rəsmiləri fikir ayrılığına düşüb
Fransanın mədəniyyət naziri Raşida Dati Eyfel qülləsinin statusunun dəyişdirilməsini və tarixi abidə kimi qeydiyyata alınmasını istəsə də, Paris meri Ann Hidalqo bu tələbin əleyhinədir.
Publika.az xəbər verir ki, Fransanın “Le Parisien” qəzetinə verdiyi açıqlamada Dati Fransanın digər böyük şəhərləri ilə müqayisədə Parisdə qeydə alınan tarixi abidələrin sayının az olmasından narazılığını bildirib.
Fransız mətbuatında yer alan xəbərlərə görə, Hidalqo Eyfel qülləsini onsuz da çox yaxşı qoruduğunu bildirir. Eyfel qülləsi ilə bağlı verilən qərarlar zaman-zaman Dati ilə Hidalqo arasında fikir ayrılığına səbəb olur.
Dati yanvar ayında 2026-cı ildə Paris merliyinə namizədliyini irəli sürdüyünü açıqlasa da, 10 ildir paytaxtda çalışan Hidalqonun yenidən namizəd olub-olmayacağı hələ məlum deyil.
Qeyd edək ki, qüllə 1889-cu ildə Fransa İnqilabının 100 illiyi münasibətilə keçirilən Paris Ümumdünya Sərgisi üçün tikilib.
Aysel Şahmar
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi
-
Art09:36
Azərbaycanda aktyor vəfat etdi - Foto