Balotelli İtaliyaya qayıdır: Danışıqlar başladı
Bizi izləyin

İdman

Balotelli İtaliyaya qayıdır: Danışıqlar başladı

İtaliya millisinin sabiq hücumçusu Mario Balotelli “Cenoa”nın hədəfinə çevrilib.

Publika.az xəbər verir ki, bu barədə “Repubblica” məlumat yayıb.

Mənbənin sözlərinə görə, genuyalıların baş məşqçisi Alberto Qilardino 34 yaşlı forvard komandasına keçməyi təklif edib. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Balotellinin karyerasında son klubu Türkiyənin “Adana Dəmirspor” klubu olub. Ötən mövsüm italiyalı komandanın heyətində 16 oyun keçirib, 7 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm