Odessa limanı raketlə vuruldu - 6 ölü, 9 yaralı var
Bizi izləyin

Dünya

Odessa limanı raketlə vuruldu - 6 ölü, 9 yaralı var

Rusiya ordusu Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlə zərbə endirib. Ən azı altı nəfər həlak olub, doqquz nəfər isə yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın icmaların və ərazilərin inkişafı naziri Aleksey Kuleba "Telegram" səhifəsində yazıb.

Onun sözlərinə görə, xəsarət alanların hamısı ukraynalıdır. Hazırda onlara tibbi yardım göstərilir, 5 nəfərin vəziyyəti ağırdır.

Hücum zamanı Panama bayrağı altında üzən mülki gəmi, “Shui Spirit” konteyner gəmisi də zədələnib.

Qeyd edək ki, bu, son 4 gündə Rusiyanın hücumuna məruz qalan üçüncü xarici gəmidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm