PUA ixrac edən ölkələr açıqlandı: Türkiyənin siyahıdakı yeri diqqət çəkdi
Bizi izləyin

Dünya

PUA ixrac edən ölkələr açıqlandı: Türkiyənin siyahıdakı yeri diqqət çəkdi

ABŞ-da yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) dərc etdiyi hesabatda PUA ixrac edən ölkələr müəyyən edilib.

Publika.az xəbər verir ki, dünyanın ən böyük PUA təchizatçısı kimi tanınan Çin bu il birinci yeri tuta bilməyib. 2021-ci ildən Türkiyə hərbi pilotsuz uçuş aparatları tədarükçüsü kimi Çini geridə qoymağı bacarıb.

CNAS-ın araşdırma hesabatları 1995-2023-cü ilin sentyabr ayları arasında dünya miqyasında 633 PUA satıldığını açıqlayıb.

Ən çox PUA təchizatçısı olan ölkələri təqdim edirik:

Rusiya -1

Belarus -1

BƏƏ -3

Cənubi Afrika -3

İsrail -6

İran -8

ABŞ – 12

Çin - 34

Türkiyə -47

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm