Pentaqondan İsrailə çağırış
Bizi izləyin

Dünya

Pentaqondan İsrailə çağırış

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığında BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə L.Ostin sosial şəbəkə hesabında yazıb.

O, həmçinin təsdiq edib ki, ABŞ öz personalını, tərəfdaşlarını və müttəfiqlərini İran və onun dəstəklədiyi qrupların hücumlarından qorumağa hazırdır.

L.Ostin və Y.Qalant İsrailin Livanın "Hizbullah" hərəkatı və HƏMAS ilə münaqişəsinin genişlənməsinə icazə verilməməsi ilə bağlı razılığa gəliblər, həmçinin Qəzza zolağında humanitar vəziyyətin həlli üçün "təcili addımlar"ı müzakirə ediblər.

"İsrailin özünümüdafiə hüququna birmənalı dəstəyini təkrarladı və ABŞ-nin həm Livan, həm də İsrail mülki şəxslərinin evlərinə təhlükəsiz qayıtmasını təmin edəcək diplomatik razılaşmaya sadiqliyini bir daha təsdiqlədi", - deyə bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm