Dünya
Arktikanın buzları yayda tamamilə əriyəcək
Qlobal istiləşmə səbəbindən əsrin sonlarına yaxın Arktikanın buzları yayda tamamilə əriyəcək. Bununla da şimal qütbündə buzun olmadığı 4 milyon il bundan əvvəlki şərait təkrarlanacaq.
Bu barədə proqnoz Barselona universiteti alimlərinin iştirak etdiyi beynəlxalq tədqiqatın dərc olunmuş nəticələrində yer alıb.
Norveç və Britaniyalı mütəxəssislərlə birgə Şpitsbergen adasından şimal-qərb istiqamətdə dəniz dibi çöküntülərdəki daşlaşmış yosunların və mikroorqanizmlərin kimyəvi analizini aparan alimlər pliosen dövrünün (2,5-5 milyon il bundan əvvəlki dövr) iqlim dəyişikliklərini izləyə biliblər. Nəticədə Arktikada buz təbəqəsinin 2,6 milyon il bundan əvvəl yarandığı aşkar olunub.
Tədqiqatın XXI əsrin sonlarında qlobal istiləşmə şəraitində planetimizin hansı şəklə düşəcəyini müəyyənləşdirmək məqsədi daşıdığını deyən Barselona universitetinin professoru Antonio Rosell pliosen dövrünün iqlimini məhz buna görə tədqiq etdiklərini bildirib.
Rosellin fikrincə, tədqiqatlar alimlərə XXI əsrin sonlarında yer kürəsinin iqlimi barədə konkret təsəvvürlər əldə etməyə imkan verəcək.
-
ABŞ20:12
Qız anası olmaq üçün 15 il dalbadal HAMİLƏ QALDI - FOTO
-
Magazin119:40
Rəqqasə Fatiməni məhkəməyə verdilər
-
Elm və təhsil19:30
Azərbaycanda məmur bu əməlinə görə İŞDƏN QOVULDU
-
Hadisə19:15
Bakı metrosunda sərnişin öldü
-
Kriminal18:36
İçki məclisi QANLA BİTDİ: Seyfullayev qətlə yetirildi
-
İdman18:24
Klopp və Salah arasında dava düşdü - VİDEO
-
Qoroskop17:18
Bürclər üçün gözlənilən xəbər: Önümüzdəki 4 ay boyunca...
-
Qarabağ 16:38
Sühməramlılar bu tarixə qədər Qarabağı tam tərk edəcək