Üç sərnişin təyyarəsi bomba xəbərdarlığı aldı: Nə baş verir?
Bizi izləyin

Dünya

Üç sərnişin təyyarəsi bomba xəbərdarlığı aldı: Nə baş verir?

Hindistan aviaşirkətinin üç sərnişin təyyarəsi yanlış təhlükəsizlik xəbərdarlığı alıb.

Publika.az xəbər verir ki, təfərrüatlar barədə NDTV kanalı məlumat yayıb.

Mənbənin sözlərinə görə, partlayışlar barədə saxta məlumatlar iki “IndiGo” və bir “Air India” təyyarəsinin ekipajları tərəfindən alınıb. Hələlik uçuşlardan yalnız birinin davam etməsi üçün icazə verilib, digər ikisi isə təhlükəsizlik yoxlamasından keçir.

İlk insident oktyabrın 14-də səhər saatlarında “Air India” aviaşirkətinin Mumbaydan Nyu-Yorkdakı Con Kennedi hava limanına uçan təyyarəsində baş verib. Ekipaj və sərnişinlər təxliyə edilib.

Mumbaydan Ciddə və Maskata uçması planlaşdırılan “IndiGo” təyyarələrinə də yalançı bomba hədələri edilib. Hər iki təyyarənin uçuş hava limanında təcrid olunmuş ərazilərə yerləşdirildiyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm