Sahara səhrasında göl əmələ gəldi: İqlim dəyişikliyinin fövqəladə təsiri
Bizi izləyin

Dünya

Sahara səhrasında göl əmələ gəldi: İqlim dəyişikliyinin fövqəladə təsiri

Son 50 ildə iqlim dəyişikliyi səbəbiylə həddindən artıq yağan yağış, sel suları nəticəsində Sahara səhrası gölməçələrə çevrilib.

Publika.az xəbər verir ki, dünyanın ən böyük isti səhrası olan Sahara ümumiyyətlə, quraq quruluşu ilə tanınır.

Lakin 2024-cü ilin sentyabrında səhranın cənub-şərqində olan Mərakeşdə təəccüblü təbiət hadisəsi baş verib. Son yarım əsrdə ilk dəfə iki gün davam edən leysan yağışlar nəticəsində bölgəni su basıb.

İllik yağıntının normal olaraq 250 mm-dən çox olmadığı bu bölgədə qısa müddətdə yağıntının miqyası təəccüb yaradıb.

Xüsusilə, İriki gölünün yerləşdiyi ərazi illərdir qurumasına baxmayaraq su ilə dolub.

Mərakeş Meteorologiya İdarəsindən Houssine Youabebin sözlərinə görə, bu hadisənin əsas səbəbi ekstratropik tufandır. Fırtına bölgəyə güclü rütubət gətirib və nəticədə qeyri-adi dərəcədə yüksək miqdarda yağıntılar yağıb.

Ekspertlər hesab edirlər ki, iqlim dəyişikliyi bu cür ekstremal hava hadisələrinin tezliyini artıra bilər. Səhranın həddən artıq isti və quraq təbiətinə görə qısa müddət ərzində belə böyük miqdarda yağıntının düşməsi qeyri-adi haldır. Yağışların bölgədə uzunmüddətli iqlim dəyişikliyinə səbəb olub-olmayacağı hələ də bəlli deyil.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm