Dünya
ABŞ-dan İrana Trampla bağlı xəbərdarlıq: İllərdir izləyirik, nəticəsi ağır olacaq
ABŞ İranın keçmiş prezident Donald Trampa qarşı təhdidlərini illərdir yaxından izlədiyini bəyan edib və Tehranın hər hansı bir ABŞ vətəndaşına hücumunun ciddi nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett yazılı açıqlama verib.
“Biz buna ən yüksək prioritet olan milli və daxili təhlükəsizlik məsələsi kimi baxırıq və İranı bu təhdidlərə görə şiddətlə qınayırıq”, - deyə o, bildirib.
Savett təhdidlərlə bağlı qurumların daim Trampın təhlükəsizlik bölmələrinə lazımi məlumatları təqdim etdiyini vurğulayıb. O bildirib ki, prezident Co Bayden Trampa qarşı bu təhlükələri aradan qaldırmaq üçün Məxfi Xidmət İdarəsinə lazım olan hər cür resurs, imkan və qoruyucu tədbirləri təmin etmələri ilə bağlı təkrar göstəriş verib.
Prezidentlik yarışı zamanı sui-qəsd cəhdinə məruz qalan Respublikaçı prezidentliyə namizəd Trampın “İran təhdidi”ni əsas gətirərək seçki prosesi zamanı istifadə etmək üçün hərbi təyyarə və nəqliyyat vasitələri tələb etdiyi iddia edilib.
Roza
-
Nida Xəbər 13:53
Ermənistan COP29-a buna görə qatılmayıb - SƏBƏB
-
Rəsmi xronika13:15
Bakıda prezidentlərin üçtərəfli görüşü oldu - Yeniləndi
-
Rəsmi xronika12:43
İlham Əliyev bu ölkələrə çağırış etdi
-
MDB12:10
Çağırışçıların ölkədən çıxışına qadağa qoyuldu: Xəbərdarlıq edildi ki...
-
Hadisə10:45
Yüksək vəzifələrdə işləmiş şəxs vəfat etdi - FOTO
-
Sosial10:00
Heydər Əliyev Mərkəzinin binası belə işıqlandırıldı - VİDEO
-
Dünya08:24
Pakistandan ÜZÜCÜ XƏBƏR: 22 nəfər öldü, itkin düşənlər var
-
ABŞ07:47
Tramp onu MKİ-yə direktor TƏYİN ETDİ - FOTO