ABŞ İsrailə 30 gün vaxt verdi: Bunu etməsə...
Bizi izləyin

Dünya

ABŞ İsrailə 30 gün vaxt verdi: Bunu etməsə...

ABŞ Dövlət Departamenti Qəzza zolağında humanitar şəraitin yaxşılaşdırılması üçün İsrail administrasiyasına 30 gün vaxt verildiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O qeyd edib ki, ABŞ dövlət katibi Antoni Blinken və ABŞ müdafiə naziri Lloyd Ostin bununla bağlı İsrail rəhbərliyinə məktub göndərib. Məktubda 30 gün ərzində humanitar vəziyyətin yaxşılaşdırılmadığı təqdirdə, bəzi hərbi yardımın kəsiləcəyi bildirilib.

Miller həmçinin məktubun şəxsi yazışma olduğunu və sızmanın arxasında İsrail rəsmilərinin olduğuna eyham edib. O əlavə edib ki, ABŞ qanunlarına əsasən bəzi sanksiyalar var və İsrailin məktubda qeyd olunan dəyişiklikləri edəcəyinə ümid edir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm