Son dəqiqə: Türkiyədə güclü zəlzələ oldu
Bizi izləyin

Dünya

Son dəqiqə: Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Malatya şəhərinin Kale rayonunda 5,9 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yerin 10 kilometr dərinliyində baş verən zəlzələ Diyarbəkir, Elazığ və bir çox başqa vilayətdə hiss olunub.

Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında etdiyi paylaşımda AFAD və əlaqədar qurumların bütün qruplarının sahə araşdırmalarına başladığını bildirib:

"Ətraf əyalətlərdə də hiss olunan zəlzələ ilə bağlı hadisələri yaxından izləyirik. Zəlzələdən zərər çəkmiş vətəndaşlarımıza keçmiş olsun deyirəm. Allah ölkəmizi, millətimizi bəlalardan qorusun".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm