Razılıq əldə edildi: Martinikada qiymətlər ucuzlaşacaq
Bizi izləyin

Dünya

Razılıq əldə edildi: Martinikada qiymətlər ucuzlaşacaq

Fransanın dənizaşırı Martinika departamentində ərzaq qiymətlərinin aşağı salınması ilə bağlı ilkin razılıq əldə edilib.

Publika.az xəbər verir ki, Departamentin idarəetmə orqanları ilə aparılan yeddimərhələli danışıqlardan sonra 20 faiz ucuzlaşma ilə bağlı şifahi razılaşma əldə edilib.

Karib Regionu Xalqlarının Müdafiəsi Təşkilatı razılaşmanın hələ ki, rəsmiləşdirilmədiyini bildirib. Buna görə də, qiymətlərin bahalığına görə sentyabrın əvvəllərində başlayan etiraz aksiyaları səngimir.

Statistikaya görə, Martinika departamentində qiymətlər Parislə müqayisədə 40 faiz bahadır. Ümumilikdə metropoliya ilə bütün dənizaşırı departamentlərdə qiymətlər arasında ciddi uçurum mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm