Vuçiç 2,5 ildir Putinlə danışmır: Bu gün zəng edəcək - SƏBƏB
Bizi izləyin

Dünya

Vuçiç 2,5 ildir Putinlə danışmır: Bu gün zəng edəcək - SƏBƏB

Serbiya Prezidenti Aleksandr Vuçiç Belqradın azad edilməsinin 80-ci ildönümündə Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparacaq.

Publika.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“İki ölkə lideri telefonla bütün aktual, xüsusilə regional mövzular, habelə Kosova və Metoxiya muxtar əyalətində serb xalqının üzləşdiyi xoşagəlməz vəziyyətlə bağlı fikir mübadiləsi aparacaq", - Serbiya mediası yazıb.

Vuçiç özü isə Putinlə 2,5 ildir ki, telefon danışığı aparmadığını bildirib.

Serbiya hökuməti Belqradın azad edilməsinin 80-ci ildönümü ilə bağlı bayram tədbirinə Avala dağında həlak olmuş sovet əsgərlərinin abidəsi önünə əklillər qoymaqla başlayacaq. Serbiyanın Müdafiə Nazirliyinin nümayəndələrinin, Rusiya, Belarus, Qazaxıstan və Azərbaycan səfirliklərinin rəhbərliyinin iştirakı ilə keçiriləcək mərasimə əmək, əhalinin sosial müdafiəsi və veteranların işləri naziri Nemanya Staroviç rəhbərlik edəcək.

Serbiyanın paytaxtında “Ölməz alay” yürüşü də keçiriləcək.

(Axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm