İlk biletlər bu qiymətə satıldı: Kosmik turizm başlayır
Bizi izləyin

Dünya

İlk biletlər bu qiymətə satıldı: Kosmik turizm başlayır

Çin şirkəti planlaşdırdığı kosmik ekspedisiya üçün cəmi 420 min dollara iki bilet satıb. Şirkət uçuşların 2027-ci ildə başlayacağını açıqlayıb.

Publika.az xəbər verir ki, Çin şirkəti “Deep Blue Aerospace” 2027-ci ildə suborbital kosmik turizm xidmətləri göstərməyə başlayacağını açıqlayıb.

“Çin Deep Blue Aerospace” ekipajlı kosmik gəminin altı panoramik pəncərəsi var. Kosmik gəmi altı sərnişin daşıya biləcək və 50 dəfədən çox istifadə üçün nəzərdə tutulub.

Hündürlüyü təqribən 4 metr, maksimal diametri isə 3,5 metr olan kosmik gəminin qalxma çəkisinin 7,9 ton olduğu qeyd edilib.

Şirkət həmçinin bildirib ki, uçuşlar təxminən 12 dəqiqə davam edəcək və bu müddət ərzində kosmik gəmi 100 kilometr yüksəkliyə çatacaq, lakin orbitə çıxmayacaq.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm