MDB
Rusiyanın dövlət sərhədini pozmaq cəhdi: diversantlar məhv edildi
Rusiyanın Bryansk vilayətinə daxil olmağa cəhd edən 4 diversant öldürülüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin (FSB) mətbuat xidməti məlumat yayıb.
"Oktyabrın 27-də Rusiya FTX-nin Bryansk vilayəti üzrə sərhəd idarəsinin əməkdaşları Rusiya Silahlı Qüvvələri və Milli Qvardiyanın bölmələri ilə birlikdə Klimovski rayonunda Rusiyanın dövlət sərhədini pozmaq cəhdinin qarşısını alıblar", - məlumatda bildirilib.
Məlumatda vurğulanıb ki, toqquşma zamanı geri çəkilən qrupa raket və artilleriya zərbələri endirilib.
Onların xarici muzdlular olduğu ehtimal edilir. Belə ki, məhv edilənlərin üzərindən xarici silahlar, avadanlıqlar, rabitə vasitələri, habelə onların üçüncü ölkələrə aid olduğunu göstərən şəxsi əşyalar - Kanada bayrağı, polyak dilində dua kitabı, ingilis dilində taktiki hazırlığa dair qeydlər olan dəftər - aşkar edilib.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq



















.jpg)


.jpg)












