Biznesi, siyasəti və şou dünyasını silkələyən qalmaqal: “Super polis” dəstə lideri imiş
Bizi izləyin

Dünya

Biznesi, siyasəti və şou dünyasını silkələyən qalmaqal: “Super polis” dəstə lideri imiş

İtaliyada kibercasusluq edən bir dəstənin dövlət məlumat bazasından biznes, siyasət və şou dünyasından bəzi adların şəxsi məlumatlarını ələ keçirərək müxtəlif zərərli məqsədlər üçün istifadə etdiyi iddia edilib. Araşdırma nəticəsində dəstənin başçısının polis olduğu məlum olub.

Publika.az xəbər verir ki, Milan Mafiyası və Terrorla Mübarizə Prokurorluğunun apardığı araşdırma nəticəsində kibercasusluq şəbəkəsi və onun qeyri-qanuni fəaliyyəti üzə çıxıb.

İstintaqda qeyd olunub ki, sözügedən casusluq şəbəkəsi əldə etdiyi məlumatlardan bəzi iş dinamikasına və ictimai prosedurlara təsir etmək üçün istifadə etməyi hədəfləyib.

İstintaqla bağlı məlumatda iddia edir ki, şəbəkəyə bir vaxtlar yüksək səviyyəli səlahiyyətlərinə görə “super polis” kimi tanınan keçmiş polis məmuru Karmin Qalo və Milan Sərgisi Fondunun prezidenti Enriko Pazzali rəhbərlik edib.

Kibercasusluq istintaqı çərçivəsində Qalo, Pazzali və əlində 800 min datanın olduğu iddia edilən Nunzio Samuele Kalamucci də daxil olmaqla 6 nəfərin nəzarətə alındığı bildirilib. Onlardan bəzilərinin isə ev dustaqlığında saxlandığı qeyd olunub.

Ümumilikdə təxminən 60 nəfər istintaqa cəlb edilib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm