İğtişaşları təşkil edən odur - Papuaşvili kimi nəzərdə tutur?
Bizi izləyin

Dünya

İğtişaşları təşkil edən odur - Papuaşvili kimi nəzərdə tutur?

Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətlə birlikdə ölkədə iğtişaşların təşkilində iştirak edir.

Publika.az xəbər verir ki, bu barədə brifinqdə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.

"Siz görürsünüz ki, xanım Salome Zurabişvili müxalifətlə birlikdə "ölkədə iğtişaşlar" adlanan ssenaridə birbaşa iştirak edir", - Papuaşvili bildirib.

Qeyd edək ki, Gürcüstan prezidenti bir qədər əvvəl bəyan etmişdi ki, o, ölkədə keçirilən və hakim partiyanın qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımır. O, həmçinin ölkə sakinlərini etiraz aksiyaları təşkil etməyə çağırıb.

Xatırladaq ki, Gürcüstanın hakim partiyası seçkilərdə qalib gəldikdən sonra parlamentdəki 150 mandatdan 89-nu alıb. Buna etiraz əlaməti olaraq parlamentə daxil olan dörd müxalifət qüvvələrinin hamısı mandatlarından imtina edib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm