Dünya
Türkiyə və Rusiya dollardan imtina edir
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri başlayıb. V.Putin sabah Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək. İclasda iki ölkə arasında enerji və iqtisadi-ticarət sahələri başda olmaqla, əməkdaşlığın geniş spektri, eləcə də beynəlxalq problemlər müzakirə olunacaq.
Publika.az-ın verdiyi xəbərə görə, “politrus.com” saytı Putinin səfərini şərh edərkən Rusiya və Türkiyənin Qara dəniz və Yaxın Şərq regionlarında əhəmiyyətli siyasi oyunçular olduğunu yazıb.
Tərəflər hazırda 35 milyard dollar olan ikitərəfli ticarət dövriyyəsini 100 milyard dollar qaldırmağı planlaşdırır. Amma Moskva və Ankara bir çox hallarda fərqli hədəflərə malikdir. Məsələn, Ankara Bəşər Əsədin hakimiyyətdən kənarlaşdırılmasını tələb edir, Moskva isə Dəməşq rejimini fəal dəstəkləyir.
Bundan başqa, Türkiyə Krımın ilhaqını tanımır və yarımadanın yerli əhalisi olan tatarları dəstəkləyir. Amma Ankara Putinin də dediyi kimi, “cəsarət” nümayiş etdirərək Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmaqdan imtina edib.
Türkiyə Strateji Tədqiqatlar Mərkəzinin eksperti Orxan Qafarlı maraqlı bir iddia ilə çıxış edib. Onun sözlərinə görə, Türkiyə hökumət dairələrində fikirlər səslənir ki, Rusiya ilə ticarətdə ABŞ dollarından imtina etməklə qarşılıqlı hesablaşmalarda rubl və lirədən istifadə olunsun. Bu addımın ticarət dövriyyəsinin artmasına imkan yaradacağı təxmin edilir. Rusiyanın ərzaq bazarının sanksiyalarına cavab olaraq ABŞ, Avropa Birliyi və bir sıra başqa dövlətlərin malları üçün bağlanmasından sonra türk biznesmenləri üçün böyük imkanlar yaranıb.
“Moskva da öz növbəsində Ankaranın özünü Qərblə bağlı necə aparacağını müşahidə edir. Ərdoğanın ABŞ və Avropa Birliyinin ünvanına söylədiyi heç bir tənqidi fikri Kremlin diqqətindən qaçmır. Hələ də Avropa Birliyinin üzvlüyünə iddia edən Türkiyə eyni zamanda NATO düşərgəsinin üzvüdür. Hər halda, Moskva Ankaranı mümkün qədər öz tərəfinə çəkməyə çalışır”, - Türkiyə Strateji Tədqiqatlar Mərkəzinin eksperti bildirib.
Ömər Dağlı
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Avropa06:46
Bu qadın 32,9 kq çəkisi olan sazan tutaraq REKORD QIRDI - VİDEO