Dünya
Kadırovun müraciətini istehza ilə qarşıladılar
Çeçenistan rəhbəri Ramzan Kadırov rusiya vətəndaşlarını ABŞ sosial şəbəkələrindən imtina edərək rusiya internetindən daha fəal sürətdə istifadə etməyə çağırıb.
Publika.az-ın məlumatına görə, Ramzan Kadırov bu müraciətini xeyli vaxtdır kı istifadə etdiyi Instagram şəbəkəsində yerləşdirib.
Kadırov yazıb ki, rusların ABŞ sosial şəbəkələrindəm istifadə etməsi həmin saytların dəyərini artırır. Çeçenistan rəhbəri eyni zamanda rusiyalı istifadəçilərə iPhone-dan da imtina etməyi təvsiyə edib.
Kadırovun təbirincə, Rusiyanın vkontakte.ru sosial şəbəkəsi və YotaPhone 2 smartfonu qərb analoqlarından heç də pis deyil. Əksinə bir sıra göstəricilərə görə hətta onları üstələyir də.
"Bizim mütəxəssislərimizlə fəxr edirəm! Bundan sonra iPhone almağa dəyməz, YotaPhone 2 telefonunu hazırlamış milli istehsalçılarımızı dəstəkləyək", - Kadırov İnstaqram statusunda yazıb.
"Əminəm ki Qərbdən idxal etdiyimiz malların əvəzini tapa biləcəyik, heçbir sanksiya bizi diz çökdürə bilməz",- Çeçenistan rəhbəri əlavə edib.
Yotaphone 2 smartfonu Rusiyada dekabr ayında satışa buraxılacaq. Yotaphone 2 smartfonunda ABŞ Qualcomm şirkətinin prosessorundan istifadə olunur. Smartfonlar isə Çində yığılacaq.
Sosial şəbəkə istifadəçiləri Kadırovun çağırışını istehza ilə qarşılayıblar.
Rusiya Dumasının deputatı Gennadi Qudkov Kadırovun dediklərini istehza ilə davam etdirərək yazıb ki, hətta ABŞ-ın kitab və universitetlərdən də imtina edək.
"Kadırovun istifadə etdiyi İntaqramı, görünür, Zelenoqradda hazırlayıblar", - Oksana adlı digər istifadəçi yazıb.
Qeyd edək ki, Rusiya regionları rəhbərləri arasında Ramzan Kadırov sosial şəbəkələrdən ən fəal istifadə edənidir. Onun səhifəsinə 650.000-dən çox istifadəçi abunə olub.
-
MDB11:46
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq
-
Sosial11:38
Tərtərdə məktəblinin öldürülməsi ilə bağlı cinayət işi başlandı
-
İdman11:01
AFFA Türkiyə millisinin sabiq baş məşqçisi ilə danışıqlar aparır - ŞOK İDDİA
-
Cənubi Qafqaz10:16
Azərbaycan xüsusi təyinatlıları Tavuşda? - Ermənilər qorxuya düşüb - VİDEO
-
Maraq dünyası09:54
Mayın 8-də Yer kürəsinə çatacaq - Alimlər xəbərdarlıq etdi: Oruc tutun
-
İdman09:12
Bellinqemin sevgilisi Madridi belə valeh etdi - FOTOLAR
-
Nəqliyyat08:24
Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan GÖRÜNTÜLƏR
-
MDB08:12
Bu gün Rusiya hökuməti istefa verəcək