Dünya
BMT suriyalı qaçqınlara yardımı dayandırdı
BMT-nin Dünya Ərzaq Proqramı maliyyə çatışmazlığına görə 5 fərqli ölkədə məskunlaşan suriyalı qaçqınları yemək talonları ilə təmin edən proqramı dayandırıb.
Publika.az-ın məlumatına görə, qurum dekabr ayında 1,7 milyon qaçqının ehtiyacını ödəmək üçün 64 milyon dollara ehtiyacolduğunu bildirib. Bu vəsait onlara İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki yerli satıcılardan ərzaq almağa imkan yaradacaq.
Suriyaya qonşu ölkələr Suriya qaçqınlarının artan tələbatlarını ödəyə bilmək üçün mücadilə aparırlar. Suriyada müharibə artıq dörd ildir davam edir.
2011-ci ilin mart ayında başlayan münaqişə nəticəsində 3 milyondan artıq insan ölkəni tərk etməli olub.
Bu gün Dünya Ərzaq Proqramı bildirib ki, onlar yemək talonu proqramı vasitəsi ilə artıq 800 milyon dollardan artıq vəsait xərcləyiblər və əgər yeni maliyyə vəsaitləri ayrılsa, onlar bu proqramı tətbiq etməyə davam edəcəklər.
-
Magazin120:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB19:50
Rusiyadan Qərbə xəbərdarlıq
-
Magazin119:40
Nadirin səhhətində problem yarandı - AÇIQLAMA
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi