Dünya
Saakaşvili Ukraynada vəzifədən niyə imtina etdi?
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukraynanın baş nazirinin müavini vəzifəsindən imtina edib.
Publika.az-ın Gürcüstan mediasına istinadən verdiyi məlumata görə, bu barədə Saakaşvilinin özü “Rustavi-2” telekanalına müsahibəsində deyib.
O, öz qərarını Gürcüstan vətəndaşlığından ayrılmağa hazır olmaması və Gürcüstanın onun üçün Ukraynadan daha əhəmiyyətli olması ilə izah edib. Sabiq prezident qeyd edib ki, yalnız Gürcüstan üçün Ukrayna hökumətində postu qəbul etməyib.
Bundan əvvəl isə Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi David Kereselidze bildirmişdi ki, Saakaşvilinin Ukraynada dövlət postuna təyin edilməsi iki ölkənin münasibətlərində müsbət fon yaratmayacaq. O xatırladıb ki, qeyri-qanuni hərəkətlərə yol verdiyi üçün Saakaşviliyə qarşı vətənində cinayət ittihamları irəli sürülüb.
Ukrayna mediasının yazdığına görə, ölkənin yeni hökumətində əcnəbilər altı yer ala bilər. Xüsusi olaraq, korrupsiyaya qarşı büronun rəhbərliyinə M.Saakaşvilinin və Gürcüstanın sabiq ədliyyə naziri Zurab Adeişvilinin namizədliyinə baxıldığı iddia olunur.
İnfrastruktur nazirinin isə Litvadan olması müzakirə olunur.
Bundan əvvəl də prezident Pyotr Poroşenko Nazirlər Kabinetində əcnəbi təyinatlarının mümkünlüyündən danışmışdı. Ukrayna Nazirlər Kabinetinin tərkibinin bu gün açıqlanacağı gözlənilir.
Ömər Dağlı
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi