Dünya
İrandan İŞİD yaraqlılarına ağır zərbə
İran Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr “İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının İraq ərazisindəki mövqelərinə aviazərbələr endirib.
AzVision.az “BBC”yə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi bildirib.
“Bizim İranın son bir neçə gün ərzində “F-4 Phantom” tipli
qırıcılardan istifadə edərək İŞİD-in İraqdakı mövqelərinə
aviazərblər endirməsinə dair sübutlarımız var”, – deyə Kirbi
bildirib.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət
qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları
arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də
daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən
ələ keçirilib.
İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti
altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi.
İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün
beynəlxalq birliyə müraciət etdi.
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama