Dünya
Aeroportda saxlanılan İŞİD tərəfdarı ilə bağlı ŞOK FAKTLAR
Suriyada döyüşlərdə iştirak etmiş 1985-ci il təvəllüdlü Şahbazi Bəhruz Bəxtiyar oğlu ilə bağlı Publika.az yeni məlumatlar əldə edib.
Qeyd edək ki, Şahbazi Bəhruz Heydər Əliyev Beynəlxalq Aeroportunda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Aparılan araşdırmalar zamanı onun Türkiyə vasitəsi ilə Suriyaya gedərək döyüşlərdə iştirak etdiyi məlum olub.
B. Şahbazi Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya dəstə yaratma) maddəsinə əsasən təqsirləndirilir.
Publika.az-ın əldə etdiyi məlumata görə, onun atası Ramiz Şahbazi ilə Suriyaya getmək istəyərkən sərhəddə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ata və oğul Gürcüstan vasitəsilə Türkiyəyə, ordan da Suriyaya
getmək istəyiblər. Hər iki şəxs İŞİD tərəfdarıdır. Onlar Suriyaya
gedərək İŞİD sıralarına qoşulmaq istəyirlərmiş.
Məlumata görə, R. Şabhazinin digər oğlu Xudat xəvvariclərinə rəhbərlik edən şəxslərdəndir. Ailənin şəhərdə İŞİD təbliğatı apardığı deyilir.
-
Hadisə13:30
Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU - VİDEO
-
Kriminal12:41
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: daha bir nəfər saxlanıldı
-
Dünya12:01
İngiltərə Ukraynaya “yaşıl işıq” yandırdı: Bizim silahlarla Rusiyanı vur
-
Nida Xəbər 11:04
Bu xəstəxananın vəzifəli şəxsləri SAXLANILDI - Görün nə qədər vəsait mənimsəyiblər
-
Magazin109:51
“Çörək tapmamışıq, anam qonşuya yemək üçün yalvarıb” - Aysundan etiraf
-
Cənubi Qafqaz09:21
İrəvan Almatıda Bakıya təslim olacaq – Ermənistanda nədən qorxurlar? - VİDEO
-
İdman09:00
Ronaldo ilk futbol klubunu 117 milyon dollara SATDI
-
Sosial07:17
Bu gün yağış yağacaq, külək əsəcək - PROQNOZ