Dünya
Suriyadakı dəyişiklik Afinanı qorxutdu
Suriyada baş verən hadisələr Yunanıstanın paytaxtı Afinada böyük narahatlıqla izlənilir. Bu narahatlıq Türkiyənin beynəlxalq aləmdə əhəmiyyətinin artması ehtimalından və dəniz yurisdiksiyası ərazilərinin müəyyənləşdirilməsi ilə bağlı Suriyada qurulacaq hökumətlə müqavilə imzalanması ehtimalından qaynaqlanır.
Publika.az xəbər verir ki, Türkiyənin Suriyada baş verə biləcək inkişafdan faydalanacağı dəqiqdir.
Qeyd edək ki, hazırda Türkiyə ilə Suriya arasında dəniz yurisdiksiyası ərazilərinin müəyyənləşdirilməsi ilə bağlı müqavilənin imzalanmasından sonra nələrin baş verəcəyi müzakirə olunur. Hətta Yunan mətbuatında bununla bağlı xəritələr dolaşmaqdadır.
Baş nazir Kiriakos Mitsotakis Afinada qatıldığı konfransda Suriyadakı hadisələrin Türkiyənin rolunu nə dərəcədə gücləndirdiyi sualından yayınmağa çalışsa da, indidən proqnozlar vermənin tez olacağını bildirib. Ankara ilə yeni administrasiyanın imzaladığı mümkün razılaşma Afinada Yunanıstan üçün ciddi problem kimi qiymətləndirilir.
Aysel Şahmar
-
Kriminal14:36
Taksiçi xanım müştərisini kimsəsiz yerə apardı: "Gəl sükan arxasına..." - Şok təfərrüat
-
Nida Xəbər 13:20
Hərbi xidmətlə bağlı dəyişikliklər I oxunuşda qəbul edildi
-
Dünya12:36
Əsəd elə plan qurub ki, şeytanın da ağlına gəlməz: bu ölkədə də milyonları var imiş
-
Sosial12:20
DTX-dən əməliyyat: ekstremist qruplaşma ifşa edildi
-
İdman11:36
Planetin ən seksual hokkeyçisi sosial şəbəkəni "partlatdı" - FOTOLAR
-
Nida Xəbər 11:15
Əli Əsədovdan tibbi maska ilə bağlı qərar - Daha 3 il...
-
Sosial10:26
Vəli Məmmədova yeni vəzifə verildi - FOTO
-
Maraq dünyası09:56
Bükülmüş ilan gəlir: Kimləri çalacaq, kimlər üçün zəhəri məlhəm olacaq?