Dünya
Fələstin ABŞ-a ağız açdı: Bu əməliyyat üçün silah istədi
Fələstin administrasiyası Cenin şəhəri və onun qaçqın düşərgəsi üzərində nəzarəti bərpa etmək məqsədi ilə əməliyyat keçirmək üçün ABŞ-dan kömək istəyib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
“Fələstin Administrasiyası ABŞ Təhlükəsizlik Koordinatoru Mayk Fentzelə Fələstin təhlükəsizlik qüvvələrinin təcili ehtiyac duyduğu avadanlıq və sursatların siyahısını təhvil verib”, – portal yazır.
Bildirilir ki, Fələstin Muxtariyyətinə istənilən hərbi yardım yalnız İsrailin razılığı ilə həyata keçirilə bilər.
Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden administrasiyasının rəsmiləri israillilərdən təcili sursatlar, dəbilqələr, zirehlər, radiolar, gecəgörmə cihazları, partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün geyimlər və zirehli maşınların tədarükünə razılıq vermələrini xahiş ediblər.
Fələstin və ABŞ rəsmiləri bildiriblər ki, Fələstin liderləri Suriyada silahlı üsyançıların nəzarəti ələ keçirməsindən sonra cəsarətlənən islamçı yaraqlıların Fələstin Muxtariyyətini devirməyə cəhd edə biləcəyindən narahat olduqları üçün Cenin əməliyyatına başlayıblar.
Fələstinli rəsmilərdən birinin sözlərinə görə, Fələstin Milli Administrasiyasının (PNA) rəhbəri Mahmud Abbas və komandası Hələb və Dəməşqdə baş verənlərin Fələstin islamçı qruplarını ruhlandıracağından narahatdırlar.
Onun sözlərinə görə, Misir, İordaniya və Səudiyyə Ərəbistanı Cenin əməliyyatını dəstəkləyir.
Adəm
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı



































