ABŞ
Trampın planının təfərrüatları bəlli oldu: Ukraynaya nəzarət...
Ukraynada 3 illik müharibəni qısa zamanda bitirəcəyini tez-tez bəyan edən ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın atəşkəs üçün yol xəritəsinin bəzi təfərrüatları məlum olub. Bildirilir ki, mümkün atəşkəsə nəzarət məqsədilə qoşun göndərmək üçün Avropa ölkələri məsuliyyət daşıyacaq.
Publika.az xəbər verir ki, Donald Trampın ABŞ-da prezident seçilməsi ilə Ukrayna müharibəsində atəşkəsə gedən yolun açıldığı hesab edilsə də, Kiyev cəbhədə Rusiyaya müqavimət göstərməkdə çətinlik çəkir.
Rusiya qoşunları Donetsk vilayətində mühüm logistika mərkəzi olan Pokrovskdan cəmi 4 kilometr aralıda yerləşir. Ciddi canlı qüvvə çatışmazlığı olan Ukrayna qüvvələrinin müdafiəsi yarılarsa, Rusiya ordusunun cənub-şərq bölgəsinin paytaxtı Dnepr istiqamətində irəliləyişinin sürətlənəcəyindən ehtiyatlanır.
2025-ci ilin yanvarında vəzifəsinin icrasına başlayacaq Tramp çoxdandır ki, 3 illik müharibəni tez bir zamanda bitirmək istədiyini bəyan etsə də, mümkün planları barədə ictimaiyyətə az təfərrüat verib. Bu vəziyyət, Amerikanın “Wall Street Journal” qəzetinə danışan səlahiyyətlilərə görə, gələcək Vaşinqton rəhbərliyinin dəqiq planı olmadığına dair şərhlərə səbəb olsa da, Tramp görüşdüyü rəsmilərlə yol xəritəsi ilə bağlı ipucları verib.
Müvafiq olaraq, dekabrın 7-də Fransanın paytaxtı Parisdə keçirilən görüşdə Tramp Ukrayna lideri Zelenski və Fransa prezidenti Emmanuel Makrona Kiyevin NATO üzvlüyünü dəstəkləmədiyini, lakin yenə də gücləndirilmiş Ukrayna ordusu üçün səy göstərəcəyini deyib.
Tramp, həmçinin Avropa ölkələrinin Ukraynaya qoşun göndərməklə Kiyev və Moskva arasında gələcək sülh sazişinə nəzarət etmək vəzifəsini öz üzərinə götürməsini istəyir. “American Politico”ya mənbələr bildiriblər ki, Avropa liderləri Ukraynaya sülhməramlıların yerləşdirilməsi imkanlarını müzakirə etmək üçün bu həftə Brüsseldə görüşəcəklər. Görüşdə Ukrayna lideri Zelenski və NATO-nun baş katibi Mark Rutte də iştirak edəcək.
Aysel Şahmar
-
Qoroskop02:00Günün ulduz falı: Xoş xəbər alacaqsız
-
İdman01:11Yaxşı olar ki, bir şey deməyim - Koxalski nəyə əsəbləşib?
-
İdman01:05Elvin məğlubiyyəti şərh etdi: Bu, Qurban Qurbanovun qərarıdır, qarışmasam yaxşıdır
-
İdman00:41Qurban Qurbanovdan məğlubiyyətə reaksiya
-
Magazin110 Dekabr 23:55Pərvindən şəxsi həyatı ilə bağlı ETİRAF - Hamısı ilə nişanlı olmuşam
-
İdman10 Dekabr 23:39"Qarabağ" "Ayaks"a məğlub oldu - VİDEO/YENİL ƏNDİ
-
Art10 Dekabr 22:36Daha bir ölkə İsrailə görə “Eurovision 2026”dan imtina etdi
-
MDB10 Dekabr 21:57Rusiyada bazarda güclü YANĞIN: partlayış səsləri eşidildi - Xəsarət alanlar var





























.jpg)








