Dünya
Filippin yenə təhlükədə
Bir neçə saat sonra saatda 230 km sürətli külək, yağış gətirən Hagupit tayfunu Filippin sahillərinə çatacaq.
Publik.az xəbər verir ki, bununla əlaqədar olaraq cənub-şərqi Asiya ölkəsinin minlərlə sakini sığınacaqlara üz tutub. Hələ də müvəqqəti evciklərdə məskunlaşan bir çox yerli sakin sahil bölgələrini tərk etməyə tələsir.
Dekabrın 5-də fövqəladə hallar xidmətlərinin başçılarını qəbul edən Filippin prezidenti Benigno Aquino qasırğanın təsirinə məruz qalacaq bölgələrə ərzaq və maddi resurslar göndərilməsinə dair göstəriş verib. Benigno Aquino həmçinin, mümkün talançılıq hallarının qarşını almaq üçün bölgədə əlavə polis və hərbçilərin yerləşdiriləcəyini deyib.
Filippin lideri Haiyan tayfunu qədər güclü olacağına işarə edən əlamətlərin nəzərə çarpmadığını bildirib.Filppində Yolanda adlanan Haiyan qasırğası indiyədək quruda qeydə alınan tayfunlar arasında ən güclüsü sayılır.
Yerli televiziya mağazalarla yanacaq doldurma stansiyalarında benzin və ərzaq tədarükü edən sakinlərin növbələrini nümayiş etdirib. Bir çox adam isə qasırğanın yaxınlaşmasını idman stadionlarında gözləyəcək. Hökumət ölkə boyu 26 evakuasiya mərkəzi təşkil etdiyini elan edib.
Qeyd edək ki, ötən ilin noyabr ayında Filippində tüğyan edən Haiyan tayfunu nəticəsində 7,000 adam ölüb və ya yoxa çıxıb.
-
Qoroskop07:55
Bu yay varlanacaq BÜRCLƏR
-
Nəqliyyat07:39
Bu yolda sürət həddi bərpa edildi
-
Maraq dünyası07:25
Eşşəklərə toy etdilər - FOTOLAR
-
Magazin207:10
Sinem Kobalın uğursuz fotoşopu - Elə bir səhv etdi ki... - FOTO
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı