Dünya
Rusiyanın yeni planı - Suriyadakı bazalarını hansı ölkəyə köçürəcəyi məlum oldu

Əsəd rejimi devrildikdən sonra Rusiyanın Suriyadakı hərbi bazasını hara köçürəcəyi ilə bağlı sualların cavabı tapılıb.
Publika.az xəbər verir ki, ABŞ-ın “The Wall Street Journal” (WSJ) qəzetinin yazdığına görə, Rusiya Liviya vasitəsilə Yaxın Şərqdəki mövcudluğunu davam etdirəcək.
ABŞ və Liviya hərbi mənbələrinin məlumatına görə, ruslar öz hava hücumundan müdafiə sistemlərini və digər təsirli silahlarını Suriyadan Liviyanın şərqindəki Xəlifə Haftarın nəzarətindəki bazalara daşımağa başlayıb.
Rusiya yük təyyarələrində S-400 və S-300-ə aid radar sistemləri də yer alıb. Moskva isə bu bazaların taleyi ilə bağlı “Heyət Təhrir əş-Şam” (HTŞ) ilə tam razılığa gələ bilmədiklərini bildirir.
Suriyadakı bazaların əhəmiyyəti
Suriyadakı Rusiya hərbi qüvvələrinin və döyüş təyyarələrinin sayı da əhəmiyyətli dərəcədə azaldılıb. Suriyadakı bazalar Rusiyanın Yaxın Şərqdəki mövcudluğu üçün mühüm mövqedədir. Bu bazalardan muzdluların və silahların axını təmin edilib. Tartusdakı hərbi dəniz bazası Rusiya donanmasının Aralıq dənizində yeganə təchizat və təmir məntəqəsidir.
Liviyada Rusiya hərbi hazırlığı
Rusiya artıq Liviyanın şərqində yerləşib. Bundan əvvəl Rusiyanın nəzarətində olan muzdlu qruplaşma “Vaqner” də Afrikaya tranzit mərkəzi kimi Haftara aid bir çox hərbi obyektdən istifadə edib.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya Liviyanın Tobruk şəhərində hərbi gəmilərini yerləşdirmək üçün obyektlərin inkişaf etdirilməsi məsələsini nəzərdən keçirir. Haftar Liviyadakı vətəndaş müharibəsində mövqelərini gücləndirmək üçün Moskvadan uzun müddətdir ki, hava hücumundan müdafiə sistemi tələb edir. İndi isə Rusiyanın Liviyanın şərqindəki varlığının Haftarın müdafiəsini təmin edəcəyi ilə bağlı şərhlər edilir.
Son olaraq, hərbi analitiklərin fikrincə, Liviyadakı hava və dəniz bazaları Rusiyanın Suriyada itirəcəklərini tam şəkildə kompensasiya etməyə bilər.
Roza
-
Səhiyyə00:15
Bu qadınlar qəfil ürək ölümü riskinə məruz qalırlar
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Danışıqlar sabaha saxlanılacaq
-
ABŞ21 Oktyabr 23:12
Luvr muzeyinə dəyən maddi zərər HESABLANDI
-
Magazin121 Oktyabr 23:00
Kamilənin "Son zəng" FOTOSU
-
İdman21 Oktyabr 21:48
"Atletik"lə matçda "Qarabağ"ın futbolçularını nə gözləyir? - Qurbanov AÇIQLADI
-
Hadisə21 Oktyabr 21:36
Şəkidən ACI XƏBƏR - 3 nəfər hadisə yerində öldü (YENİLƏNDİ)
-
Sosial21 Oktyabr 20:36
19 yaşlı Ləmanın atası HƏR ŞEYİ DANIŞDI: ölümünə səbəb bu olub - FOTO
-
Magazin121 Oktyabr 20:24
“Sevdimsə, bir dəliyə çevrilirəm” - FOTO