Dünya
Ordusu olmayan ölkələr: Bir əsgəri belə yoxdur - SİYAHI
Dünyada ordusu olmayan bəzi ölkələr var. Bu ölkələr sülhsevər siyasətləri və təhlükəsizlik strategiyaları ilə diqqət çəkir.
Publika.az xəbər verir ki, sözügedən ölkələrin hərbi xərcləri azaltmaq və resurslarını təhsil, səhiyyə və infrastruktur kimi sahələrə yönəltmək imkanı var.
Bu yolla onlar vətəndaşlarının rifahını yaxşılaşdırmaq və davamlı inkişafı təşviq etməyi hədəfləyirlər. Həmin ölkələr təhlükəsizliyini təmin etmək üçün çox vaxt beynəlxalq müqavilələrə və ittifaqlara güvənirlər.
“World Population Rewiev”un yayımladığı ordusu olmayan 10 ölkəni təqdim edirik:
İslandiya - Müdafiəsi NATO-nun (xüsusilə ABŞ, Norveç, Danimarka) üzərinə düşür.
Andora- Müdafiə Fransa və İspaniyanın üzərinə düşür.
Qrenlandiya- Ordu 1983-cü ildə buraxılıb. Ölkə Karib Regional Təhlükəsizlik Sistemi (RSS) tərəfindən qorunur.
Kosta Rika- 1948-ci ildə hərbi xidmət ləğv edilib. Mütəxəssis polis bölmələri ABŞ və Kolumbiya tərəfindən hazırlanıb.
Panama- Hərbi xidmət 1994-cü il konstitusiyasında ləğv edilib.
Samoa - Müdafiə Yeni Zelandiyanın məsuliyyətindədir.
Puerto Riko - Müdafiə ABŞ-ın məsuliyyətindədir.
Honq Konq - Müdafiəsi Çinin məsuliyyətindədir.
Monako - Müdafiə Fransanın məsuliyyətindədir.
San Marino - Müdafiə İtaliyanın məsuliyyətindədir.
Roza
-
Hadisə19:48
Azərbaycanda polis mayoru faciəli şəkildə HƏLAK OLDU - FOTO
-
Dünya19:12
Qayınatadan DƏHŞƏTLİ ƏMƏL: qızını xaricə bal ayına aparmayan kürəkənin...
-
Ekologiya18:40
Balıq sevənlərə ŞAD XƏBƏR - Yeni bazarlar salınacaq
-
Hadisə17:49
Bakıda məşhur şirkətdə faciəli hadisə - Fəhlə öldü
-
Rəsmi xronika17:25
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Kriminal17:05
Azərbaycanda mağaza sahibi ondan şikayət edən müştərini öldürdü
-
Sosial16:35
Məktəbdə zəhərlənənlərin sayı 71-ə çatdı - YENİLƏNDİ/VİDEO
-
MDB15:40
Putindən Qərbi çaş-baş salacaq çağırış: Gəlin mərc edək ki...