İdman
Ulduz futbolçu "Real"ı tərk etmək istəyir: Atası ilə strategiya hazırlayıblar
Vinger Rodriqo “Real”dan ayrılmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, braziliyalı futbolçu ötən yay baş tutmayan gediş cəhdindən sonra klubdan qəti şəkildə ayrılmaq üçün hazırlıqlara başlayıb. O, atası ilə birlikdə transferi reallaşdırmağa yönəlmiş yeni strategiya müəyyənləşdirib.
SPORT-un məlumatına görə, Rodriqo hazırda iki nüfuzlu super-agentlə danışıqlar aparır və yaxın həftələrdə yeni nümayəndə təyin etməyi planlaşdırır. Bu addım böyük transferin idarə olunması baxımından həlledici sayılır və hər iki agentlik futbolçuya əhəmiyyətli imza bonusu təklif edir.
Rodriqo 2022-ci ildən bəri agentsizdir. O, həmin il uşaqlıq dövründən “Santos”da və 2018-ci ildə “Real”a keçidində onu təmsil etmiş Nik Arkuriylə əməkdaşlığa son qoymuşdu. Bu dəfə isə futbolçu hesab edir ki, yüksək səviyyəli vasitəçi ilə işləmək klubdan ayrılma prosesini xeyli asanlaşdıracaq.
O, qış transfer pəncərəsində ayrılmağa üstünlük versə də, yanvar keçidi ehtimalı çox aşağı qiymətləndirilir. Bu səbəbdən Rodriqonun mövsümün sonuna qədər Madrid təmsilçisində qalacağı, daha sonra isə 2026-cı il dünya çempionatı ərəfəsində gələcəyini yenidən dəyərləndirəcəyi gözlənilir.
Klub səviyyəsində rolunun azalmasına baxmayaraq, Rodriqo Braziliya millisinin baş məşqçisi Karlo Ançelottinin tam etimadını qazanıb və yığma üçün əsas fiqurlardan biri hesab olunur. Hücumçu düşünür ki, “Real”da hücum oyununun getdikcə daha çox Kilian Mbappe üzərində qurulması fonunda o, başqa mühitdə daha yaxşı üzə çıxa bilər.
Gələcək üçün ən real istiqamət Premyer Liqa hesab olunur. “Mançester Siti” və “Arsenal” futbolçunun durumunu yaxından izləyən klublar arasındadır. İngiltərə xaricində isə yalnız PSJ-nin Rodriqo üçün 100 milyon avroya çata biləcək transfer məbləğini ödəmək gücündə olduğu bildirilir.
Heybət
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir









.jpg)


.jpg)






















