Sosial
80 yaşlı Misir Mərdanovun 10-dan çox vəzifəsi var - Bu qədər MAAŞ ALIR
Bu günlərdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat İnstitunun direktoru vəzifəsindən uzaqlaşdırılan keçmiş təhsil naziri Misir Mərdanovun xeyli vəzifəsinin olduğu üzə çıxıb.
Publika.az “Yeni Sabah”a istinadən 15 il Azərbaycanın təhsil naziri, 12 il institut direktoru olmuş 80 yaşlı M.Mərdanovun hazırda tutduğu vəzifələrin siyahısını təqdim edir:
1. Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri
2. Bakı Dövlət Universitetinin Ali riyaziyyat kafedrasının müdiri
3. "Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri" jurnalının fizika-texnika və riyaziyyat elmləri seriyasının riyaziyyat və mexanika buraxılışının redaktor müavini.
4. “Azerbaijan journal of Mathematics” jurnalının redaksiya heyətinin üzvi.
5. AMEA Riyaziyyat və Mexanika İnstitutunun "Elmi əsərlər" jurnalının baş redaktoru.
6. “TWMS Journal of Pure and Applied Mathematics” (Turkic World Mathematical Society) jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.
7. “Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvi.
8. Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 dissertasiya Şurasının üzvü.
9. Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şurasının sədri.
10. Riyaziyyat və Mexanika İnstitutunun D.01.111 dissertasiya Şurasının sədri.
Bundan başqa, M.Mərdanov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür.
Onun bu vəzifələrin hansında maaşla, hansında ictimai əsaslarla çalışdığı məlum deyil. Hətta bu durumda belə keçmiş nazirin aylıq gəlirinin kifayət qədər yüksək olduğunu təxmin etmək mümkündür.
Professor M.Mərdanov BDU-nun kafedra müdiri kimi 2000-2500 manat, AMEA-nın müxbir üzvü kimi 1200 manat rütbə maaşı alır.
Bundan başqa, o, 15 il təhsil naziri işləyib və hazırda çox yüksək məbləğdə pensiya alır.
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq2 Aprel 20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman2 Aprel 19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir


































