Region
İranda etirazçılar Quranı yandırdılar
İranın qərbindəki Həmədan şəhərində etirazçılar Quranı yandırıblar və məscidə hücum etməyə cəhd ediblər.
Publika.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Qeyd olunur ki, etirazçılar Sədəf rayonunda digər dini ədəbiyyatları da yandırıblar. Agentlik iddia edib ki, təxminən 20 nəfərdən ibarət başqa bir qrup məscidə hücum etmək istəyib, lakin qarşısı alınıb.
İranda etirazlar dekabrın sonunda İslam Respublikasının valyutası olan rialın devalvasiyası fonunda başlayıb.
Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramını bərpa etməyə cəhd göstərəcəyi təqdirdə ciddi nəticələrlə üzləşəcəyini bildirmişdi. O, həmçinin Tehranın ABŞ-ın iyun ayında vurduğu raket proqramlarından fərqli olaraq raket proqramını bərpa etmək üçün yeni obyektlər tikə biləcəyini bildirmişdi.
İranın Ali Liderinin müşavir Əli Şamxani bildirib ki, İrana qarşı hər hansı bir təcavüzə dərhal və sərt cavab veriləcək. O qeyd edib ki, respublikanın müdafiə doktrinası "təhdid həyata keçirilməzdən əvvəl belə müəyyən əks tədbirləri nəzərdə tutur".
Qeyd edək ki, bundan əvvəl İsrail ABŞ-ı İranın mümkün hücumu ilə bağlı xəbərdar etmişdi.
Hüseyn İbadlı
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək
-
Dünya12:47Yaponiya bu hadisəyə hazırlaşır - Paytaxt üçün ehtiyat plan bəlli oldu
-
Ekologiya12:37Sabah 41 dərəcə isti olacaq - PROQNOZ
-
Hadisə11:52Bakı çimərliklərində təhlükə iddiası: Azyaşlı qızlara yaxınlaşan şəxs axtarılır - FOTO
-
İdman11:10Bunun adı soyğunçuluqdur – ABŞ İspaniyanın mükafatından 19 milyon vergi tutacaq?













.jpg)












.jpg)












